Dünya üzrə hər beş gəncdən biri əmək bazarından kənarda qalıb

Mətn Ölçüsü

2025-ci ildə dünya üzrə hər beş gəncdən biri nə əmək bazarında iştirak edib, nə də təhsil və ya peşə hazırlığı prosesində yer alıb.

PostNews xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatının (ILO) 2025-ci il üzrə məşğulluq hesabatında qeyd olunub. Məlumata əsasən, əmək, təhsil və ya təlimlə məşğul olmayan gənclərin (NEET) payı 20%-ə yüksəlib.

Bu isə o deməkdir ki, 257 milyon gənc gələcəkdə əmək bazarında rəqabət qabiliyyətini artırmaq üçün vacib olan bilik, bacarıq və iş təcrübəsi əldə etmək imkanından məhrum qalıb.

Hesabatda vurğulanır ki, sözügedən göstərici üzrə artım tendensiyası 2023-cü ildən başlayıb2027-ci ilə qədər orta templə davam edəcəyi proqnozlaşdırılır.

Təşkilatın məlumatına görə, gənclərin əmək və təhsildən kənarda qalma səviyyəsi yüksək gəlirli ölkələrdə ən aşağı – 10,9%, aşağı gəlirli ölkələrdə isə ən yüksək – 27,9% olub. Bu fərq qlobal miqyasda sosial-iqtisadi bərabərsizliyin gənclərin məşğulluğuna birbaşa təsir etdiyini göstərir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti