Ötən il Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 25 milyon manat icbari sığorta ödənişi edilib.
PostNews xəbər verir ki, bu barədə məlumatı DSMF-in sədri Zəka Mirzəyev Bakıda keçirilən mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, 2025-ci ildə sığorta üzrə ümumilikdə 11 min müraciət daxil olub.
Həmçinin qeyd olunub ki, 1997-ci ilin 2 avqust tarixinədək baş vermiş hadisələrlə əlaqədar əlilliyi müəyyən edilmiş 17 794 şəxsə birdəfəlik ödənişlər həyata keçirilib. Əlilliyin dərəcəsindən asılı olaraq bu ödənişlər 4 400, 6 600 və 8 800 manat məbləğində olub və ümumilikdə 115,2 milyon manat vəsait xərclənib.
