Danimarka Qrenlandiyada hərbi kontingentini artırmaq niyyətindədir

Mətn Ölçüsü

Danimarka hökuməti Qrenlandiyada hərbi kontingentini artırmaq qərarını açıqlayıb.

PostNews xarici KİV-ə istinadən xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib.

Onun sözlərinə, bu qərar Vaşinqtonun Danimarkanın muxtar ərazini müdafiə etmək potensialının kifayət etmədiyi ilə bağlı mesajından sonra verilib:

“Biz Qrenlandiyada hərbi mövcudluğumuzu genişləndirməyə davam edəcəyik.”

O əlavə edib ki, Danimarka NATO çərçivəsində bölgədə hərbi təlimlərin keçirilməsinə daha çox diqqət ayıracaq və alyans qüvvələrinin Arktikadakı mövcudluğunun artırılmasını dəstəkləyəcək.

Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazi statusuna malikdir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın müdafiəsi haqqında müqavilə imzalayıblar. Sənədə əsasən, ABŞ adanı mümkün xarici təcavüzdən qorumaq öhdəliyini üzərinə götürüb.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti