BOKT “International” ASC-nin 1 000 000 manatlıq istiqrazları 22.01.2026-cı ildə BFB-də ticarətə çıxarılır

Mətn Ölçüsü

8 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” verilib.

PostNews xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 22.01.2026-cı il tarixində keçiriləcək. İstiqrazların emissiya prospekti BFB-nin rəsmi internet səhifəsində “Emitentin profili” bölməsində yerləşdirilib.

İstiqrazlar üzrə əsas məlumatlar:

  • Emitentin adı: BOKT “International” ASC
  • İSİN (dövlət qeydiyyat nömrəsi): AZ2042021025
  • İstiqrazların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
  • Ticarət üsulu/forması: Kütləvi / Rəqabətli hərrac
  • İstiqrazların sayı: 10 000 ədəd
  • İlkin ticarət qiyməti: 100 manat
  • Buraxılış həcmi: 1 000 000 manat
  • İllik gəlirlilik faizi: 18%
  • Ödəmə periodu: Hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək
  • Tədavül müddəti: 3 il
  • Ticarətə buraxılma tarixi: 22.01.2026
  • Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC

Məlumata görə, istiqrazlar rəqabətli hərrac mexanizmi vasitəsilə investorların ixtiyarına veriləcək və 18% illik gəlirlilik səviyyəsi ilə bazarda diqqət cəlb edir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti