Reklam
Reklam
Reklam

Azərbaycanda 2027-ci il üçün yaşayış minimumu 314 manat müəyyənləşdirilir

Azərbaycanda 2027-ci il üçün yaşayış minimumunun ölkə üzrə 314 manat olması nəzərdə tutulur. Əmək qabiliyyətli əhali üçün bu göstərici 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat təşkil edəcək.

PostNews xəbər verir ki, bu müddəalar Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Əhali qrupları üzrə yaşayış minimumu

Qanun layihəsinə əsasən, 2027-ci il üçün yaşayış minimumunun aşağıdakı məbləğlərdə müəyyən edilməsi təklif olunur:

  • Ölkə üzrə – 314 manat;
  • Əmək qabiliyyətli əhali üçün – 334 manat;
  • Pensiyaçılar üçün – 258 manat;
  • Uşaqlar üçün – 274 manat.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılıb və Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

Layihənin sonrakı oxunuşlarda müzakirəsi və qəbul prosesi davam edəcək.

Paylaş: