Reklam
Reklam
Reklam

Azərbaycanda 2027-ci il üçün ehtiyac meyarı 314 manat müəyyənləşdirilir

2027-ci ildə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin 314 manat olması təklif edilir.

PostNews xəbər verir ki, bu məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2027-ci il üçün ehtiyac meyarının həddi 314 manat məbləğində müəyyən ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılıb və Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

Paylaş: