Dövlət Statistika Komitəsi bildirib ki, ilkin məlumatlara görə, 2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6757,8 min baş qoyun və keçi, 2435,5 min baş iribuynuzlu mal-qara, o cümlədən 1207,1 min baş inək və camış mövcud olub.
PostNews xəbər verir ki, bu göstəricilər DSK-nın açıqladığı 2025-ci ilin yanvar–dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, iribuynuzlu mal-qaranın 49,6 faizi inək və camışlardan ibarətdir.
2025-ci ildə quşçuluq müəssisələrində diri çəkidə 85,1 min ton quş əti istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 12580,2 min baş təşkil edib.
