Azərbaycanda saxta domenlər vasitəsilə sosial yardım dezinformasiyası yayılır

Mətn Ölçüsü

Son günlərdə fişinq xarakterli saxta domenlər yaradılaraq sosial şəbəkələr və messengerlər vasitəsilə əhali arasında dövlət tərəfindən ünvanlı sosial yardımların verilməsi barədə dezinformasiya yayılır.

PostNews Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, xüsusilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi PHŞ-yə məxsus “myGov” portalının adından istifadə olunmaqla saxtalaşdırılmış saytlar yaradılır. Bu saytlar vasitəsilə vətəndaşların fərdi məlumatları, istifadəçi hesabları və bank kartları kimi mühüm məlumatlarının ələ keçirilməsi hədəflənir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi tərəfindən bir sıra saxta domenlər müəyyən edilərək müvafiq qurumlarla birlikdə ölkə üzrə bloklanması təmin edilib. Həmçinin, həmin domenlər Mərkəzin “Blacklist.gov.az” platforması vasitəsilə ictimaiyyətə təqdim olunub.

Məlumatda vətəndaşlara tövsiyə olunur:

  • Saxta domenlər aşkar edildikdə Blacklist.gov.az platformasına məlumat vermək,
  • Platformanın brauzer genişlənməsindən istifadə edərək saxta saytlardan qorunmaq,
  • Şübhəli sayt və keçidlərə qarşı diqqətli olmaq.
Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti