Azərbaycanda mazut istehsalı 59 min ton təşkil edib

Mətn Ölçüsü

2025-ci ildə Azərbaycanda 59 min ton mazut istehsal olunub.

PostNews xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.

Məlumata görə, ötən il ilə müqayisədə mazut istehsalı 31,7 min ton və ya 2,2 dəfə artıb.

2025-ci ilin yanvarın 1-nə ölkədə hazır məhsul ehtiyatı 1,2 min ton təşkil edib.

Qeyd olunub ki, 2025-ci ildə Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 5,532 milyard manat olub ki, bu da əvvəlki illə müqayisədə 13,7 faiz artım deməkdir. Neft məhsullarından mazut istehsalı 2,2 dəfə, neft koksu 31,3 faiz, qazoyllar (dizel yanacağı) və ağ neft istehsalı isə 22,9 faiz artıb. Eyni zamanda, neft bitumu istehsalı 2,1 faiz, sürtkü yağlarının istehsalı isə 48,2 faiz azalıb.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti