Azərbaycanda əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası yaradılır

Mətn Ölçüsü

Azərbaycanda əhalinin faktiki yaşayış yerinə əsaslanan vahid məlumat bazasının yaradılmasına başlanılıb.

PostNews xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, artıq təhkimolunma prosesinə start verilib2025-ci ildə bu proses 3,5 milyon nəfəri əhatə edəcək. Müqayisə üçün qeyd olunub ki, ötən il təhkimolunan əhalinin sayı 2,5 milyon nəfər olub.

Zaur Əliyev həmçinin bildirib ki, 2026-cı ilin birinci rübündə Bərdə rayonunun əksər kəndləri modul tipli tibb məntəqələri ilə təmin ediləcək.

Bununla yanaşı, ölkə üzrə səhiyyə infrastrukturunun optimallaşdırılması da nəzərdə tutulur. Belə ki:

  • 78 Ailə Sağlamlıq Mərkəzi,
  • 871 həkim məntəqəsi,
  • 1168 tibb məntəqəsi,
  • Bakı şəhərində 106 ambulator-poliklinik müəssisə optimallaşdırılacaq.

Qeyd edək ki, bu tədbirlər icbari tibbi sığorta çərçivəsində əhalinin tibbi xidmətlərə çıxışının yaxşılaşdırılmasına və səhiyyə resurslarının daha səmərəli istifadəsinə xidmət edir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti