2025-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə proqnozla eyni həcmdə – 14,481 milyard manat vəsait transfert edib. PostNews bu barədə ARDNF-yə istinadən xəbər verir.
Məlumata görə, sözügedən göstərici 2024-cü illə müqayisədə 13,3% artım deməkdir.
Eyni zamanda, 2025-ci ilin yanvar–dekabr ayları ərzində icrası davam edən layihələrin maliyyələşdirilməsinə 105,5 milyon manat vəsait yönəldilib. Həmin məbləğin:
- 18,6 milyon manatı “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə,
- 86,9 milyon manatı isə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə sərf olunub.
Bununla yanaşı, hesabat dövründə ARDNF-nin idarə olunması ilə bağlı xərclər 40,7 milyon manat təşkil edib.
