Reklam
Reklam
Reklam

Aqrar Xidmətlər Agentliyi DipIFR təlimi üçün tender elan edib

Aqrar Xidmətlər Agentliyi bir əməkdaşının beynəlxalq maliyyə hesabatlığı üzrə DipIFR (Diploma in International Financial Reporting) təliminə cəlb edilməsi üçün kotirovka sorğusu elan edib.

PostNews xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 1 050 manat təşkil edir.

Təlim ACCA-nın qüvvədə olan proqramına uyğun keçirilməli, iştirakçıya imtahana hazırlıq, tədris materialları və inzibati dəstək göstərilməlidir. Proqram çərçivəsində minimum iki sınaq imtahanının təşkili və təlimin sonunda sertifikatın təqdim edilməsi nəzərdə tutulur.

Təkliflərin qəbulu və açılışı 3 dekabr 2026-cı il saat 12:00-da başa çatacaq. Tenderdə iştirak haqqı 10 manat, sənədlərdən istifadə haqqı isə 25 manatdır.

Satınalma üzrə müsabiqənin nömrəsi 2026/KS/08907/V1-dir.

Tender elanı: https://www.etender.gov.az/main/competition/detail/362513

Paylaş: