AMB “Fizza Pay” MMC-yə icrası məcburi göstəriş verib

Mətn Ölçüsü

Azərbaycanın Mərkəzi Bankı (AMB) “Fizza Pay” MMC ödəniş təşkilatına icrası məcburi göstəriş verib.

PostNews xəbər verir ki, məlumat AMB-yə istinadən təqdim olunub.

AMB bildirir ki, bu qərar “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.2-ci bəndi ilə əlaqəli olaraq, məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusunun aradan qaldırılması məqsədilə qəbul edilib.

Qeyd olunur ki, Mərkəzi Bank bu göstərişi “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri əsasında verib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti