Reklam
Reklam
Reklam

Mikayıl Cabbarov İtaliyanın Baş nazirinin müavini ilə iqtisadi əməkdaşlığı müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın Baş nazirinin müavini və xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb. Tərəflər ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, sənaye, enerji, nəqliyyat-logistika və innovasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

PostNews xəbər verir ki, görüşdə Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığa əsaslanan iqtisadi əlaqələrin güclənməsindən məmnunluq ifadə olunub.

Qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinin hər iki ölkə üçün əhəmiyyəti vurğulanıb. Bu kontekstdə Mikayıl Cabbarovun cari ilin oktyabr ayında Romaya səfəri çərçivəsində keçirilmiş görüş və müzakirələrin önəmi qeyd edilib.

Birgə investisiya layihələri müzakirə olunub

Görüşdə əldə olunmuş razılaşmaların davam etdirilməsi, yeni birgə təşəbbüslərin və investisiya layihələrinin təşviqi məsələləri diqqət mərkəzində olub.

Tərəflər Azərbaycan–İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərini, ticarət və investisiya əlaqələrinin genişləndirilməsini, həmçinin sənaye, enerji, nəqliyyat-logistika və innovasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Paylaş: