Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli üzrə coğrafi diversifikasiya açıqlanıb.
PostNews Fondun məlumatına istinadən xəbər verir ki, bu ilin yanvarın 1-nə portfelin 25,9%-i Avropaya yatırılıb, bu ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz bəndi azdır.
Portfelin digər bölgələr üzrə payları belədir:
- Şimali Amerika: 23,9% (4,1 faiz bəndi az),
- Asiya: 8% (4,9 faiz bəndi az),
- Yaxın Şərq: 1,4% (0,8 faiz bəndi çox),
- Yeni Zellandiya və Avstraliya: 0,9% (0,2 faiz bəndi çox),
- Latın Amerika: 0,1% (eyni səviyyədə),
- Afrika: 0,02% (0,02 faiz bəndi az).
Bundan başqa, qızıl investisiyaları portfelin 38,2%-ni, beynəlxalq maliyyə təşkilatlarına yatırımlar isə 1,6%-ni təşkil edib.
Fond bildirir ki, bu payların dəyişməsi investisiya portfelinin risklərinin idarə olunması və gəlirliliyin optimallaşdırılması məqsədilə həyata keçirilmişdir.

