2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Yunanıstana 428,1 milyon ABŞ dolları dəyərində 833 milyon kubmetr təbii qaz ixrac olunub.
PostNews xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinə istinadən təqdim edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 69,7 milyon ABŞ dolları və ya 19,5 faiz artıb, həcm baxımından isə 16,5 milyon kubmetr və ya 1,9 faiz azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan Yunanıstana 358,4 milyon ABŞ dolları dəyərində 849,5 milyon kubmetr təbii qaz ixrac olunmuşdu.
Ümumilikdə, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 8,117 milyard ABŞ dolları dəyərində 22,804 milyard kubmetr təbii qaz ixrac edilib, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 513,3 milyon ABŞ dolları və ya 6,7% çox, həcm baxımından isə 718 milyon kubmetr və ya 3% azdır.

