Dövlət Statistika Komitəsi bildirib ki, 2026-cı il yanvar ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 239,8 min nəfər olub.
PostNews xəbər verir ki, bu göstərici DSK-nın açıqladığı 2025-ci ilin yanvar–dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, qeydiyyata alınmış işsizlərin 51,9 faizini qadınlar təşkil edib, işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 452,8 manat olub.
Qeyd olunub ki, 2025-ci ilin yanvar–noyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 147,3 saat təşkil edib.

