Dövlət Statistika Komitəsi bildirib ki, ilkin məlumatlara görə, 2026-cı il yanvarın 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5384,3 min nəfər olub.
PostNews xəbər verir ki, bu göstəricilər DSK-nın açıqladığı 2025-ci ilin yanvar–dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, onlardan 5105,2 min nəfərini məşğul əhali təşkil edib.
Qeyd olunub ki, 2025-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1797,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 869,0 min nəfər, qeyri-dövlət sektorunda isə 928,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,0 min nəfər, qeyri neft-qaz sektorunda isə 1766,4 min nəfər çalışıb.

