Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı üzrə 217 779 müraciət qeydə alınıb

Mətn Ölçüsü

Ötən il əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 217 779 müraciət qeydə alınıb.

PostNews xəbər verir ki, bu barədə məlumat Dövlət Miqrasiya Xidmətindən (DMX) açıqlanıb.

Bildirilib ki, Azərbaycan ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı 80 691 müraciət, vətəndaşlıq məsələləri ilə bağlı isə 1 248 müraciət daxil olub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti