• Haqqımızda
  • Əlaqə
Şənbə, Fevral 21, 2026
Post News
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Mədəniyyət
  • Elm və təhsil
  • İdman
  • Digər
    • Kriminal
    • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Mədəniyyət
  • Elm və təhsil
  • İdman
  • Digər
    • Kriminal
    • Maraqlı
No Result
View All Result
Post News
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Vəkilliyə qəbul imtahanları və vəkillərin sayı artıb

2025-ci ildə 2 836 vəkil fəaliyyət göstərir, 347 nəfər and içərək Kollegiyanın üzvü olub

21 Yanvar, 26 / 12:15
A A
Vəkilliyə qəbul imtahanları və vəkillərin sayı artıb

Vəkilliyə test üsulu ilə qəbul 2004-cü ildən tətbiq olunur və 2004-2018-ci illər ərzində cəmi 5 yazılı test imtahanı keçirilib.

PostNews xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilib ki, son 8 il ərzində yazılı test imtahanlarının sayı 16-ya çatıb. Bu 16 imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 1 975 nəfər icbari təlim mərhələsini uğurla başa vuraraq and içib və nəticədə ölkədə vəkillərin sayı 3 dəfədən çox artıb.

2025-ci ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən imtahanın şifahi mərhələsi üzrə 34 iclas, vəkilliyə qəbulla bağlı isə 2 yazılı test imtahanı təşkil olunub. 06.07.2025 və 28.11.2025-ci il tarixlərində keçirilən yazılı test imtahanlarında ümumilikdə 823 namizəd iştirak edib, onlardan 420 nəfər müvəffəqiyyət qazanıb. Hesabat ili ərzində 469 nəfər şifahi müsahibədə iştirak edib, 366 nəfər növbəti mərhələyə keçib. Nəticədə 2025-ci ildə 347 nəfər vəkil and içərək Kollegiyanın üzvlüyünə qəbul olunub.

Məlumata görə, 2025-ci ilin sonunda ölkədə vəkillərin ümumi sayı 2 836 nəfərə çatıb. Fəaliyyət göstərən vəkillərdən 2 203 nəfəri (77,68%) kişi, 633 nəfəri (22,32%) qadındır. Onlardan 2 314 nəfəri (81,59%) Bakıda, 522 nəfəri (18,41%) isə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. Kollegiyada həmçinin 400-dən artıq vəkil köməkçisi fəaliyyət göstərir.

Bu göstəricilər vəkillik institutunun inkişaf dinamikasının davamlı xarakter daşıdığını təsdiqləyir.

Tags: Bakıda vəkillərregionlarda vəkillərvəkil andiçmə mərasimivəkil köməkçilərivəkillik institutunun inkişafıVəkilliyə qəbul 2025Vəkillər KollegiyasıVəkillərin İxtisas Komissiyasıvəkillərin sayı 2025yazılı test imtahanları
Previous Post

Yaponiyada “Kaşivazaki-Karivada” AES-nin 6-cı reaktorunun işə salınması təxirə salınıb

Next Post

Vəkillərin İntizam Komissiyası 2025-ci ildə 169 iş üzrə qərar qəbul edib

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Adı; FUAD MƏDƏTOV TEYYUB OĞLU
VÖEN-i: 1904726912
Domen adının sahibi; FUAD MƏDƏTOV TEYYUB OĞLU
Məsul redaktorun soyadı, adı və atasının adı; FUAD MƏDƏTOV TEYYUB OĞLU
Onlayn media subyektinin fəaliyyət göstərdiyi ünvan; Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi Gültəkin Əsgərova küçəsi, 1-ci döngə, ev 41
Əlaqə; 055 522-24-99 info@post-news.az
  • Haqqımızda
  • Əlaqə

© 2025 post-news.az  Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Mədəniyyət
  • Elm və təhsil
  • İdman
  • Digər
    • Kriminal
    • Maraqlı

© 2025 post-news.az  Bütün hüquqları qorunur.