Maykl Karrikin “Mançester Yunayted”in baş məşqçisi təyin edildiyi açıqlanıb

Mətn Ölçüsü

Maykl Karrikin “Mançester Yunayted”in baş məşqçisi təyin olunduğu açıqlanıb.

PostNews xəbər verir ki, klub 44 yaşlı mütəxəssisin mövsümün sonuna qədər baş məşqçi vəzifəsini icra edəcəyini rəsmi şəkildə bəyan edib.

Hazırda “Mançester Yunayted” Premyer Liqada 21 turdan sonra 32 xalla 7-ci pillədə qərarlaşıb. Ruben Amorimin istefaya göndərilməsindən sonra komandanın sükan arxasında iki oyunda Darren Fletçer olub.

Qeyd edək ki, Maykl Karrik 2006–2018-ci illərdə “Mançester Yunayted”in formasını geyinib. O, futbolçu karyerası dövründə klubla birlikdə 5 dəfə İngiltərə Premyer Liqasının çempionu olub.

Karrik “Mançester Yunayted”lə həmçinin İngiltərə Kubokunu, Liqa Kubokunu 2 dəfəİngiltərə Superkubokunu 6 dəfə qazanıb. Beynəlxalq arenada isə o, komandanın heyətində UEFA Çempionlar Liqasının, Avropa LiqasınınKlub Dünya Çempionatının qalibi olub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti