Bakıda sahibkarlar, biznes liderləri və peşəkarların bir araya gələcəyi “Xəyalın Qonağı” networking tədbirinin 7-ci görüşü təşkil olunacaq.
PostNews xəbər verir ki, tədbir 22 noyabr 2026-cı il tarixində saat 10:00-da “RosePark, PortBaku” məkanında keçiriləcək.
“Xəyalın Qonağı – 7” iştirakçıları bir araya gətirəcək
Tədbirin əsas məqsədi iştirakçılar arasında yeni işgüzar əlaqələrin qurulması, təcrübə mübadiləsi və peşəkar əməkdaşlıq imkanlarının yaradılmasıdır.
Tədbir çərçivəsində iştirakçıları müxtəlif proqramlar, o cümlədən hədiyyə qutusu, istedad qutusu, yeni əlaqələr, ilhamverici çıxışlar və pozitiv enerji gözləyir.
Təşkilatçılar görüşün sahibkarlar, liderlər və müxtəlif sahələrdə fəaliyyət göstərən peşəkarlar üçün fərqli networking təcrübəsi təqdim edəcəyini bildirirlər.
Layihənin 6-cı görüşündə tanınmış şirkətlər sponsor olub
Qeyd edək ki, “Xəyalın Qonağı” layihəsinin əvvəlki, 6-cı görüşündə müxtəlif sahələri təmsil edən iş adamları və peşəkarlar iştirak ediblər.
Həmin görüşdə “Maiden Tower Perfume”, “Lacinia Azərbaycan”, “İlğım”, “EC Travel”, “K Media” və “Əmlak.az” sponsor qismində çıxış ediblər.
Tədbirin biletləri 50 manatdır
7-ci görüş üçün iştirak yerlərinin məhdud olduğu bildirilir. Tədbirə giriş biletinin qiyməti 50 manatdır.
Biletlə bağlı ətraflı məlumat və qeydiyyat üçün 050 285 16 05 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.



