Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Bakıda keçirilən mətbuat konfransında 2025-ci ilin yekunlarına və 2026-cı il üçün planlara dair açıqlama verib.
PostNews xəbər verir ki, onun sözlərinə görə, 2026-cı ildə 240 valideyn himayəsindən məhrum olmuş uşağın müəssisələrdən ailə himayəsinə qaytarılması nəzərdə tutulur.
Bundan əlavə, bu il 220 uşağın müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində işlər aparılır. Vüqar Behbudov bildirib ki, valideyn himayəsindən məhrum olmuş 50 uşağın himayədar ailələrdə yerləşdirilməsi və 165 uşağın övladlığa verilməsi planlaşdırılır.

