Dövlət Statistika Komitəsi bildirib ki, 2025-ci ilin yanvar–dekabr aylarında Azərbaycanda əvvəlki illə müqayisədə tütün məmulatlarının istehsalı 14,4 faiz, qida məhsullarının istehsalı 9,1 faiz, içki istehsalı isə 0,5 faiz artıb.
PostNews xəbər verir ki, bu göstəricilər DSK-nın açıqladığı 2025-ci ilin yanvar–dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Qeyd olunub ki, bu sahələrin əsas məhsullarından makaron məmulatlarının istehsalı 2,0 dəfə, araq istehsalı 15,4 faiz, şəkər, qənd istehsalı 12,0 faiz artıb, meyvə-tərəvəz konservlərinin istehsalı isə 2,1 faiz azalıb.

