2025-ci ilin sonuna Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 21,980 milyon olub

Mətn Ölçüsü

2025-ci ilin sonuna Azərbaycanda bank sistemləri və “Azərpoçt” ASC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 145 min ədəd artaraq 21,980 milyon ədədə çatıb.

PostNews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ödəniş kartlarının sayı 10,5% artıb. Debet kartlarının sayı 12,8% artıb, kredit kartlarının sayı isə 8% azalıb.

Məlumatda bildirilir ki, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, 2025-ci ilin dekabr ayında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 19% artaraq 10,097 milyon manat olub.

Həmin əməliyyatların 8,833 milyon manatı elektron ticarətin payına, 1,260 milyon manatı POS-terminallar vasitəsilə, 3 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,6%-ni təşkil edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti