2025-ci ildə Azərbaycandan Xorvatiyaya 666,6 milyon ABŞ dolları dəyərində 1,255 milyon ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac olunub.
PostNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 206,8 milyon dollar və ya 23,7%, həcm baxımından isə 181 min ton və ya 12,6% azalıb.
Belə ki, 2024-cü ildə Azərbaycandan Xorvatiyaya 873,4 milyon dollar dəyərində 1,436 milyon ton neft və neft məhsulları ixrac edilmişdi.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə 23,4 milyon ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. Bu ixracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə neft və neft məhsulları ixracının dəyəri 2,4 milyard dollar və ya 16,2% azalsa da, fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.
Qeyd olunan məhsulların ixracı 2025-ci ildə Azərbaycanın ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.
