2025-ci ildə Azərbaycandan Tunisə bitumlu süxurlardan əldə edilmiş 4432 min ton xam neft və neft məhsulları ixrac olunub. Bu ixracın dəyəri 227,9 milyon ABŞ dolları təşkil edib.
PostNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində bu göstərici 51,9 milyon ABŞ dolları və ya 18,5% azalıb, həcm baxımından isə 14,1 min ton və ya 3,2% azalma qeydə alınıb.
2024-cü ildə Azərbaycandan Tunisə 279,8 milyon dollar dəyərində və 446,1 min ton həcmində neft və neft məhsulları ixrac edilmişdi.
Bundan başqa, 2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ixrac dəyəri 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.
Qeyd olunur ki, bu məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.
