2025-ci ildə Azərbaycandan Böyük Britaniyaya 648,3 min ton xam neft və neft məhsulları ixrac olunub, dəyəri 337 milyon ABŞ dollarıdır.
PostNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 14,9%, həcm baxımından isə 1,8% azalıb.
2024-cü ildə Böyük Britaniyaya ixrac 396,1 milyon dollar dəyərində və 660 min ton həcmində olub. 2025-ci ildə Böyük Britaniya Azərbaycanın ən çox neft idxal etdiyi ölkələr arasında 9-cu yerdə qərarlaşıb.
Ümumilikdə isə 2025-ci ildə Azərbaycandan 23,4 milyon ton xam neft və neft məhsulları ixrac edilib, ixracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin analoji dövrü ilə müqayisədə, dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, fiziki həcm isə 215 min ton və ya 0,9% artıb. Bu ixrac ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.
