PostNews – 2025-ci ilin yekunlarına əsasən, Azərbaycanda erkən evlilik və qız qaçırma hallarına qarşı qabaqlayıcı tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında bildirilib ki, həyata keçirilmiş profilaktik tədbirlər nəticəsində 90 erkən evliliyə cəhd faktı müəyyən olunub. Bu faktlarla bağlı 28 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 5 valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq olunub, daha 57 şəxslə profilaktik iş aparılıb.
Hesabata görə, 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılıb. Bu hallarla bağlı 32 şəxsə müvafiq məsuliyyət tədbirləri tətbiq olunub.
Qeyd edək ki, DİN tərəfindən həyata keçirilən bu tədbirlər erkən evlilik və qız qaçırma hallarının qarşısının alınmasına yönəlib və müvafiq dövlət qurumları ilə birlikdə profilaktik işlər davam etdirilir.
