2025-ci ildə Azərbaycanda benzin və dizel satışları 7,8% artıb

Mətn Ölçüsü

2025-ci ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,856 milyard manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

PostNews bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2024-cü illə müqayisədə real ifadədə 7,8 faiz artım nümayiş etdirib. Yanacaq satışlarının artması pərakəndə ticarətdə qeyri-ərzaq mallarına olan tələbatın yüksəlməsi ilə əlaqələndirilir.

Qeyd edək ki, 2025-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 67,6 milyard manatlıq məhsul satılıb. Bunun 36,9 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 30,7 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

2024-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz artıb. Artım ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq malları üzrə isə 6,8 faiz təşkil edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti