2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub.
PostNews Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə neft və neft məhsullarının ixracı dəyər ifadəsində 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb. Bununla yanaşı, fiziki həcm baxımından ixrac 215 min ton və ya 0,9% artım göstərib.
Qeyd olunan məhsulların ixracı 2025-ci ildə Azərbaycanın ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan 735,8 min ton xam neft 431,9 milyon ABŞ dolları dəyərində ixrac olunub. Bununla yanaşı, bitumlu süxurlardan əldə edilən neft və neft məhsulları, eləcə də tərkibində kütlə üzrə 70% və daha çox neft və ya neft məhsulları olan məhsullar xarici bazarlara çıxarılıb.
2024-cü illə müqayisədə bu kateqoriya üzrə ixrac dəyər ifadəsində 97 milyon ABŞ dolları və ya 29%, fiziki həcmdə isə 198,2 min ton və ya 36,9% artım göstərib. Hesabat dövründə bu məhsulların ölkənin ümumi ixracında payı 1,72% təşkil edib.
