Ötən il Azərbaycanda pensiyaçıların sayı 1 098 min nəfər olub.
PostNews xəbər verir ki, bu barədə məlumatı Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev Bakıda keçirilən mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, 2025-ci ildə pensiya xərcləri 7,1 milyard manat təşkil edib.
Qeyd olunub ki, orta pensiya orta aylıq əməkhaqqının 49,9 faizini, yaşa görə pensiya isə 53,2 faizini təşkil edib. Bu göstəricilər beynəlxalq təşkilatların tövsiyyə etdiyi 40–60 faizlik mütənasibliyə tam uyğundur.
