2025-ci ildə Azərbaycan 25,2 milyard kubmetr təbii qazı 8,8 milyard ABŞ dolları dəyərində ixrac edib

Mətn Ölçüsü

2025-ci ildə Azərbaycan xarici bazarlara 25,2 milyard kubmetr həcmində təbii qaz ixrac edərək bu satışlardan 8,8 milyard ABŞ dolları gəlir əldə edib.

PostNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qaz ixracı dəyər ifadəsində 413 milyon ABŞ dolları və ya 4,9% artıb.

Məlumata görə, fiziki həcm baxımından ixrac edilən təbii qazın miqdarı 585 milyon kubmetr və ya 2,3% azalaraq əvvəlki illə müqayisədə geriləyib.

Qeyd olunur ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə ümumilikdə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib. Bu göstərici ötən illə müqayisədə 1,810 milyard ABŞ dolları və ya 3,8% artım deməkdir.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 il ərzində ixrac 1,5 milyard ABŞ dolları və ya 5,7% azalarkən, idxal 3,322 milyard ABŞ dolları və ya 15,8% artıb.

İlin yekununda Azərbaycanın xarici ticarətində 663 milyon ABŞ dolları həcmində müsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 4,833 milyard ABŞ dolları və ya 8,3 dəfə azalma deməkdir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti