S&P Global Ratings: Azərbaycan bankları 2026-cı ildə sabitliyini qoruyacaq

Mətn Ölçüsü

“S&P Global Ratings” agentliyi Azərbaycanın banklarının 2026-cı ildə də dayanıqlığını qoruyacağını proqnozlaşdırır.

PostNews agentliyə istinadən xəbər verir ki, hesabatda region banklarının son iki ildə müşahidə olunan dinamikanı təkrarlayaraq sabitliyini saxlayacağı vurğulanıb.

Agentliyin proqnozuna görə, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan bankları aktivlərin keyfiyyətini qorumaq və 15–20% kredit artımını saxlamaqla gəlirlilik və kapital səviyyələrini dəstəkləyəcəklər. Hesabatda qeyd olunur ki, regionda iqtisadi artım üçün əlverişli perspektivlər, yüksək kredit tələbi, etibarlı maliyyələşmə və güclü kapital ehtiyatları 2026-cı ildə reytinqlər üzrə əlavə müsbət qərarlara səbəb ola bilər.

“S&P” bildirir ki, hazırda region maliyyə institutlarının 19%-i müsbət proqnoza, 81%-i isə stabil proqnoza malikdir.

Eyni zamanda hesabatda region bankları üçün əsas risklər də göstərilib: artan geosiyasi gərginlik, aqressiv pərakəndə kredit artımı, rəqəmsallaşma, süni intellekt, iqlim dəyişikliyi və kibertəhlükələr. Bu faktorlar potensial olaraq maliyyə sabitliyinə təsir edə bilər.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti