ABŞ Prezidenti Donald Tramp ölkənin fond bazarında səhmlərin ümumi dəyərinin 6 trilyon dollardan çox azalmasını Demokratların ara seçkilərdə qələbəsi ilə əlaqələndirib. O, “Nasdaq” indeksinin də 20% gerilədiyini iddia edib.
PostNews xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib.
ABŞ prezidentinin iddiasına görə, noyabrın 3-də keçirilən ara seçkilərdən sonra ölkənin fond bazarı 6 trilyon dollardan çox dəyər itirib, “Nasdaq” indeksi isə 20% azalıb.
Tramp bazardakı enişə görə Demokratları məsul tutub və onların iqtisadi siyasətini tənqid edib.
Demokratlar Konqresin hər iki palatasında çoxluq əldə edib
Qeyd edək ki, ara seçkilərin nəticələrinə əsasən, Demokratlar ABŞ Konqresinin hər iki palatasında çoxluğu əldə ediblər.
Yeni Konqresin səlahiyyət müddəti 2027-ci ilin yanvarında başlayacaq.



