Reklam
Reklam
Reklam

Açıq sərhədlər ölkələri məhv edir! – Donald Tramp

ABŞ prezidenti Donald Tramp həddindən artıq yumşaq miqrasiya siyasətinin dövlətlərin mövcudluğu üçün təhlükə yarada biləcəyini bildirib. O, açıq sərhədlərin ölkələri məhv etdiyini iddia edib.

PostNews xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb.

“Açıq sərhədlər ölkələri məhv edir! Mən hakimiyyətə gələnə qədər ABŞ belə ölkələrdən birinə çevrilməyin astanasında idi!” – deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, Donald Tramp daha əvvəl dəfələrlə digər dövlətləri, o cümlədən ABŞ-ın Avropadakı müttəfiqlərini miqrasiya siyasətinin həddindən artıq yumşaq olması ilə bağlı tənqid edib.

Paylaş: