Reklam
Reklam
Reklam

Tereza Mey Britaniyanın Aİ-yə qayıdışı ilə bağlı müzakirələrə etiraz edib

Böyük Britaniyanın keçmiş Baş naziri Tereza Mey ölkənin Avropa İttifaqına (Aİ) yenidən üzvlüyü məsələsinin gündəmə gətirilməsinə qarşı çıxıb. O, “Brexit” referendumunun nəticələrinə hörmət edilməli olduğunu bildirib.

PostNews xəbər verir ki, Tereza Mey bu barədə BBC telekanalına müsahibəsində danışıb.

Keçmiş baş nazir hazırkı hökumət başçısı Endi Bernemin Aİ-yə qayıdışla bağlı gələcək danışıqlar barədə açıqlamalarını təəccüblə qarşıladığını deyib.

“Endi Bernemin Aİ-yə qayıdış məsələsi ilə bağlı gələcək danışıqlar barədə dediklərini müəyyən təəccüblə dinləyirəm. Axı ölkə olaraq biz “Brexit”ə səs vermişik”, – deyə Mey bildirib.

O, baş nazir olduğu dövrdə referendumda seçicilərin ifadə etdiyi iradəyə hörmət edilməli olduğunu açıq şəkildə bəyan etdiyini xatırladıb.

“İnsanlar “Brexit”ə səs veriblər. “Brexit” baş tutub. Sadəcə bunu qəbul edin və irəliyə baxın”, – deyə keçmiş baş nazir vurğulayıb.

Tereza Mey yeni referendum ehtimalını tənqid edib

Tereza Mey Bernhemin mövqeyində britaniyalıları Aİ ilə münasibətlər məsələsində yenidən referendum keçirməyə inandırmaq cəhdi gördüyünü bildirib.

Onun fikrincə, bu yanaşma seçicilərə əvvəlki referendumda yanlış qərar verdiklərini və yenidən səsvermə zamanı fərqli seçim etməli olduqlarını təlqin etmək təsiri bağışlayır.

Paylaş: