Reklam
Reklam
Reklam

Azərbaycanın qeyri-neft ixracı 7 milyard dolları ötüb – Böyük Britaniyanın payı 49%-ə çatıb

2026-cı ilin ilk 10 ayında Azərbaycanın qeyri-neft məhsulları ixracında kəskin artım qeydə alınıb. Xarici bazarlara göndərilən məhsulların statistik dəyəri 7 milyard dolları ötüb. İxracın təxminən yarısı isə Böyük Britaniyanın payına düşüb.

PostNews xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 7 milyard 64 milyon 831,48 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 2 milyard 987 milyon 815,01 min dollar olub.

Beləliklə, qeyri-neft ixracının statistik dəyəri bir il ərzində 4 milyard 77 milyon 16,47 min dollar və ya 136,45% artıb.

Böyük Britaniya qeyri-neft ixracında ilk sıradadır

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft məhsulları ixracında Böyük Britaniya əsas istiqamət kimi önə çıxıb. Bu ölkəyə ixracın dəyəri 3 milyard 479 milyon 652,83 min dollar təşkil edib. Böyük Britaniyanın ümumi qeyri-neft ixracında payı 49,25%-ə çatıb.

Rusiyaya ixrac 974 milyon 124,39 min dollar olub. Ötən ilin eyni dövründəki 968 milyon 946,10 min dollarla müqayisədə artım 5 milyon 178,29 min dollar və ya 0,53% təşkil edib.

Türkiyə istiqamətində də artım qeydə alınıb. Bu ölkəyə qeyri-neft məhsullarının ixracı 519 milyon 247,35 min dollara yüksəlib. İllik artım 32 milyon 937,14 min dollar və ya 6,77% olub.

Gürcüstana ixracın dəyəri isə 504 milyon 325,58 milyon dollar təşkil edib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 273 milyon 567,67 min dollar idi. Beləliklə, Gürcüstan istiqamətində ixrac 84,35% artıb.

İsveçrəyə qeyri-neft məhsullarının ixracı 379 milyon 692,24 min dollara çatıb. Bu, əvvəlki ilin eyni dövründə qeydə alınan 288 milyon 329,04 min dollarla müqayisədə 31,69% çoxdur.

Özbəkistan və Qazaxıstan istiqamətində artım

Mərkəzi Asiya ölkələrinə ixracda da yüksəliş müşahidə olunub. Özbəkistana göndərilən qeyri-neft məhsullarının statistik dəyəri 119 milyon 232,24 min dollar təşkil edib. Ötən ilin eyni dövründəki 60 milyon 173,02 min dollarla müqayisədə artım 98,15% olub.

Qazaxıstana ixrac isə 100 milyon 319,74 min dollara yüksəlib. Bu, illik müqayisədə 19 milyon 743,56 min dollar və ya 24,50% artım deməkdir.

Birləşmiş Ərəb Əmirliklərinə qeyri-neft məhsullarının ixracı 87 milyon 950,49 min dollar təşkil edib. Ötən ilin eyni dövründə 91 milyon 690,47 min dollar olan göstərici 4,08% azalıb.

Ukraynaya ixrac azalıb, ABŞ istiqaməti ilk onluğa daxil olub

Ukraynaya qeyri-neft məhsullarının ixracında geriləmə qeydə alınıb. 2026-cı ilin yanvar-oktyabr aylarında bu ölkəyə ixrac 133 milyon 118,77 min dollar olub. 2025-ci ilin eyni dövründəki 171 milyon 413,04 min dollarla müqayisədə azalma 38 milyon 294,27 min dollar və ya 22,34% təşkil edib.

ABŞ-yə qeyri-neft məhsullarının ixracının dəyəri isə 99 milyon 743,36 min dollar olub. Ötən ilin təqdim olunan hesabatında ABŞ ilk 10 ixrac istiqaməti arasında yer almadığından, bu ölkə üzrə birbaşa illik müqayisə aparmaq mümkün deyil.

Paylaş: