“GL” ASC 1 milyon manatlıq istiqraz buraxır – 15% gəlirlilik

Mətn Ölçüsü

11 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

PostNews xəbər verir ki, şirkətin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac 18 sentyabr 2026-cı il tarixində keçiriləcək.

Emissiya üzrə ümumilikdə 10 000 ədəd istiqraz buraxılacaq. İstiqrazların ilkin ticarət qiyməti 100 manat, buraxılış həcmi isə 1 milyon manat təşkil edir.

İstiqrazlar faizli təmin edilməmiş, sənədsiz və adlı qiymətli kağızlardır. Onlar kütləvi və birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək.

İstiqrazlar üzrə illik gəlirlilik 15% müəyyən edilib. Faiz ödənişlərinin hər ayda bir dəfə, hər bir ayın 30 gün olduğu qəbul edilməklə həyata keçirilməsi nəzərdə tutulur.

Qiymətli kağızların tədavül müddəti 7 il təşkil edir. İstiqrazların ticarətə buraxılma tarixi 18 sentyabr 2026-cı il olaraq müəyyənləşdirilib.

İstiqrazların dövlət qeydiyyat nömrəsi – İSİN kodu AZ2044020280-dır.

Emissiya üzrə anderrayter qismində “İnvest-AZ İnvestisiya Şirkəti” QSC çıxış edir.

İstiqrazların emissiya prospektini Bakı Fond Birjasının internet səhifəsində “Emitentin profili” bölməsindən əldə etmək mümkündür.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti