Azərbaycanda tikinti sektoruna 5,725 milyard manat investisiya yönəldilib

Mətn Ölçüsü

2025-ci ildə Azərbaycanda tikinti sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 5,725 milyard manat təşkil edib.

PostNews Dövlət Statistika Komitəsinə əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilə nisbətən 3% çoxdur. Həmin sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 27%-ə bərabər olub.

Hesabat dövründə tikinti sektoruna yatırılmış investisiyanın 3,074 milyard manatı mənzil tikintisinə yönəldilib ki, bu da 2024-cü ilin göstəricisinə nisbətən 8% artım deməkdir. Mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 14,5%-ə bərabər olub.

Qeyd edək ki, 2025-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21,226 milyard manat və ya 2024-cü illə müqayisədə 5,6 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,3 faiz, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,9 faiz azalıb.

Ümumi sərmayənin 10,972 milyard manatı və ya 51,7 faizi məhsul istehsalı sahələrinin, 7,180 milyard manatı (33,8 faizi) xidmət sahələrinin, 3,074 milyard manatı (14,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Ümumi sərmayənin 53,2 faizi dövlət, 46,8 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 75,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 80,2 faizini təşkil edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti