İnzibati xətanın bağlanması halında duracağa gətirilmiş nəqliyyat vasitəsi üçün ödənilmiş məbləğ sahibinə qaytarılacaq

Mətn Ölçüsü

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

PostNews xəbər verir ki, qanun layihəsinə əsasən, nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada avtomobil sahibinə qaytarılacaq.

Qeyd olunub ki, Tarif Şurasının 12 aprel 2006-cı il tarixli qərarına əsasən, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyə avtomobilləri ilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin tarifləri aşağıdakı kimidir:

  • Nəqliyyat vasitələrinin duracaqlara təxliyəsi: 1 ədəd/reys — 20,0 manat (ƏDV ilə)

  • Duracaqlarda saxlanılması:

    • Çəkisi 3,5 tona qədər (3,5 ton daxil) — 1 ədəd/gün, 1,0 manat
    • Çəkisi 3,5 tondan 10 tona qədər (10 ton daxil) — 1 ədəd/gün, 2,0 manat
    • Çəkisi 10 tondan yuxarı — 1 ədəd/gün, 3,0 manat

Beləliklə, qanun layihəsi inzibati xətalar üzrə nəqliyyat vasitələrinin duracağa aparılması zamanı ödənilmiş ödənişlərin avtomobil sahibinə qaytarılması qaydasını dəqiqləşdirir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti