Reklam
Reklam
Reklam

“Qarabağ”ın yanvarın 16-na planlaşdırılan yoxlama oyunlarının saatları açıqlanıb

“Qarabağ” futbol klubunun növbəti yoxlama oyunlarının başlama saatı müəyyənləşib.

PostNews klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yanvarın 16-da iki matça çıxacaq.

İlk rəqib Xorvatiya təmsilçisi “Osiyek”, ardınca isə Polşanın “Zaqlebye” klubu ilə görüş nəzərdə tutulub.

  • Birinci qarşılaşma: saat 12:00
  • İkinci qarşılaşma: saat 19:00

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama matçında Özbəkistan təmsilçisi “Neftçi”ni 5 cavabsız qolla məğlub edib.

Paylaş: