Reklam
Reklam
Reklam

Lamin Yamal “Sabah”la oyunda iştirak etməyəcək

İspaniyanın “Barselona” klubunun vingeri Lamin Yamal UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Azərbaycanın “Sabah” komandasına qarşı keçiriləcək görüşü buraxacaq.

PostNews xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Klubun açıqlamasına əsasən, futbolçu sağ ayağının topuq nahiyəsində yüngül narahatlıq hiss edir. Ehtiyat tədbiri olaraq ona istirahət verilməsi qərara alınıb.

Məlumatda qeyd olunub ki, Lamin Yamalın gələn bazar günü “Deportivo” ilə qarşılaşmada meydana çıxması gözlənilir.

Qeyd edək ki, “Sabah” – “Barselona” oyunu noyabrın 25-də Azərbaycanda keçiriləcək.

Paylaş: