UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Sabah”la qarşılaşacaq İspaniyanın “Barselona” klubu Azərbaycana gəlib. Kataloniya təmsilçisini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
PostNews xəbər verir ki, İspaniya klubunun üzvlərini hava limanında Azərbaycandakı azarkeşləri böyük coşqu ilə qarşılayıblar.
“Sabah” – “Barselona” oyunu noyabrın 25-də keçiriləcək
Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində “Sabah” və “Barselona” komandaları noyabrın 25-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcəklər.
Qarşılaşma saat 21:45-də başlayacaq.



