Dövlət Statistika Komitəsi bildirib ki, ötən ilin yanvar–noyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44996 nikah və 18832 boşanma qeydə alınıb.
PostNews xəbər verir ki, bu göstəricilər 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Belə ki, əhali başına hər 1000 nəfərə düşən nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a enib.
