Dövlət Statistika Komitəsi bildirib ki, 2025-ci ilin yanvar–dekabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 659,2 min ton ət, 2305,9 min ton süd, 2342,9 milyon ədəd yumurta, 14,6 min ton yun və 186,6 ton barama istehsal olunub.
PostNews xəbər verir ki, bu göstəricilər DSK-nın açıqladığı 2025-ci ilin yanvar–dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, 2024-cü illə müqayisədə yumurta istehsalı 1,8 faiz, süd istehsalı 0,3 faiz artmış, ət istehsalı eyni səviyyədə qalmış, yun istehsalı 1,3 faiz, barama istehsalı isə 22,1 faiz azalıb.
