Tərtər Rayon Polis Şöbəsinə şəhər ərazisindəki evlərin birindən oğurluq edildiyi barədə məlumat daxil olub.
PostNews xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakinləri – əvvəllər məhkum olunmuş Şirxan Misirov və qardaşı Ələsgər saxlanılıb.
Məlumata görə, onların məişət əşyalarını oğurlayaraq zərərçəkənə maddi ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

