İcbari Sığorta Bürosunun yaradılmasının 15-ci ildönümü ərəfəsində qurumun rəhbərliyi və kollektivi Fəxri Xiyabanı ziyarət edib.
PostNews xəbər verir ki, ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub, onun əziz xatirəsi dərin ehtiramla yad edilib.
Büronun nümayəndələri, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, İcbari Sığorta Bürosunun yaradılmasının 15-ci ildönümü 29 noyabr 2026-cı il tarixinə təsadüf edir.
Büro yubiley münasibətilə “15 il sizinlə! Təcrübə ilə güclənir, innovasiya ilə yenilənirik!” şüarını irəli sürüb.



