• Haqqımızda
  • Əlaqə
Şənbə, Fevral 21, 2026
Post News
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Mədəniyyət
  • Elm və təhsil
  • İdman
  • Digər
    • Kriminal
    • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Mədəniyyət
  • Elm və təhsil
  • İdman
  • Digər
    • Kriminal
    • Maraqlı
No Result
View All Result
Post News
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Bakıda “Türkiyə–Azərbaycan Ticarət Nümayəndə Heyəti və B2B Görüşləri” keçiriləcək

Türkiyə və Azərbaycan şirkətləri birbaşa işgüzar görüşlərdə bir araya gələcək

12 Fevral, 26 / 11:10
A A
Bakıda “Türkiyə–Azərbaycan Ticarət Nümayəndə Heyəti və B2B Görüşləri” keçiriləcək

24 fevral 2026-cı il tarixində Bakıda “Türkiyə–Azərbaycan Ticarət Nümayəndə Heyəti və B2B Görüşləri” keçiriləcək.

PostNews xəbər verir ki, tədbir Türkiyə Respublikası Ticarət Nazirliyinin koordinasiyası ilə, Türkiyə İxracatçılar Assambleyası (TİM) tərəfindən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq çərçivəsində, Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) tərəfdaşlığı ilə təşkil olunur.

Məlumata görə, görüşlər çərçivəsində Türkiyənin müxtəlif sektorlarını təmsil edən aparıcı şirkətlərlə birbaşa ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək. Tədbir şirkətlər arasında birbaşa əlaqələrin qurulması, yeni əməkdaşlıq imkanlarının araşdırılması və qarşılıqlı investisiya perspektivlərinin müzakirəsi baxımından mühüm platforma rolunu oynayacaq.

Layihənin mətbuat və PR meneceri, həmçinin tədbirin aparıcısı Fidan Oruc Əliyeva bildirib ki, təşəbbüs iki qardaş ölkə arasında iqtisadi və ticarət münasibətlərinin daha da dərinləşdirilməsinə xidmət edir. Onun sözlərinə görə, platforma real sektor nümayəndələri üçün effektiv şəbəkələşmə və konkret biznes razılaşmalarının əldə olunması imkanları yaradır.

Tədbirin əsas məqsədi Türkiyə və Azərbaycan arasında mövcud iqtisadi əməkdaşlığın genişləndirilməsi, ixrac və investisiya imkanlarının artırılması, eləcə də sahibkarlar arasında birbaşa dialoqun təşviq edilməsidir.

Azərbaycan iş dünyasının nümayəndələri tədbirdə fəal iştirak etməyə dəvət olunur.

 

1 of 2
- +

1.

2.

Tags: 24 fevral 2026azpromob2b görüşləribakıbiznes razılaşmalarıfinss.azikitərəfli əməkdaşlıqinvestisiya perspektivləriiqtisadi əməkdaşlıqişgüzar görüşlərixrac imkanlarıkobi̇aqardaş ölkələrsahibkarlarşəbəkələşməticarət münasibətləriti̇mtüi̇btürkiyə ticarət nazirliyitürkiyə–azərbaycan ticarət nümayəndə heyəti
Previous Post

İbtidai istintaqı tamamlanmış cinayət işlərində 435,191 milyon manat ziyan müəyyən olunub

Next Post

Azərbaycan şirkəti beynəlxalq sertifikatlaşdırma üzrə LRQA Turkey ilə tərəfdaş oldu

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Adı; FUAD MƏDƏTOV TEYYUB OĞLU
VÖEN-i: 1904726912
Domen adının sahibi; FUAD MƏDƏTOV TEYYUB OĞLU
Məsul redaktorun soyadı, adı və atasının adı; FUAD MƏDƏTOV TEYYUB OĞLU
Onlayn media subyektinin fəaliyyət göstərdiyi ünvan; Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi Gültəkin Əsgərova küçəsi, 1-ci döngə, ev 41
Əlaqə; 055 522-24-99 info@post-news.az
  • Haqqımızda
  • Əlaqə

© 2025 post-news.az  Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Mədəniyyət
  • Elm və təhsil
  • İdman
  • Digər
    • Kriminal
    • Maraqlı

© 2025 post-news.az  Bütün hüquqları qorunur.