Azərbaycan ilə MDB ölkələri arasında ticarət dövriyyəsi 6,784 milyard dollar olub

Mətn Ölçüsü

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ilə MDB ölkələri arasındakı ticarət dövriyyəsi 6,784 milyard ABŞ dolları olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 458,5 milyon dollar və ya 7,2% artım deməkdir.

PostNews Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, həmin dövrdə Azərbaycanın MDB ölkələrinə ixracı 1,627 milyard ABŞ dolları ilə 4,3% artıb, idxalı isə 5,157 milyard ABŞ dolları ilə 8,2% yüksəlib. MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 6,95%, idxalında isə 24,34% təşkil edib.

Ən çox ticarət dövriyyəsi Rusiya, Qazaxıstan və Özbəkistanla formalaşıb:

  • Rusiya: 4,508 milyard ABŞ dolları (+3%)

  • Qazaxıstan: 627,2 milyon ABŞ dolları (1,5 dəfə çox)

  • Özbəkistan: 506,6 milyon ABŞ dolları (2,3 dəfə çox)

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumi ticarət dövriyyəsi 44,589 milyard ABŞ dolları olub ki, bu da illik müqayisədə 1,480 milyard dollar və ya 3,4% artım deməkdir.

Bu dövrdə ixrac 23,401 milyard ABŞ dolları, idxal isə 21,188 milyard ABŞ dolları olub. Son 1 ildə ixrac 937 milyon dollar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard dollar və ya 12,9% artıb.

Nəticədə xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5 dəfə azalma deməkdir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti